Maraqlı

Acun qalmaqallı eşq xəbəri haqda açıqlama verdi: Tanımıram - FOTO

21 Fevral 2019 21:16
0 Şərh     Baxış: 1 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Acun Ilıcalının qalmaqallı sevgi münasibətləri gündəmdən düşmür.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, türk mətbuatı onun "Miss Turkey 2015" gözəli Melike Tanerlə eşq yaşadığını iddia edir.

Buna səbəb isə bu günlərdə Melike Tanerin "Survivor"un çəkilişlərinin getdiyi Dominikana getməsidir. Belə ki, Melike İnstaqramdakı profil fotosunda Acunun şəxsi təyyarəsinin qarşısında foto çəkdirib.

Daha sonra "Survivor"un çəkiliş meydançasından İnstaqram "Story"də paylaşımlar edir.

Ötən gün Acunun Şeyma Subaşıdan ayrılandan sonra adının sevgi münasibətində hallandığı Itır Esenin restoranların birində ağlaması da iddiaları gücləndirib.

Lakin Ilıcalı sosial media hesabında açıqlama yayıb.

O, paylaşımında "Melike Taner adlı xanımı görməmişəm, eşitməmişəm və tanımıram" sözlərini yazıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.