Maraqlı

2019-cu il "Rio karnavalı" 6,8 milyard dollar gəlir gətirə bilər

22 Fevral 2019 08:51
0 Şərh     Baxış: 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rio-de-Janeyroda keçirilən ənənəvi karnaval 2019-cu ildə Braziliya büdcəsinə 6,8 milyard dollar gəlir gətirə bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, karnavalın təşkilatçıları bu il məşhur bayram şənliklərinə hazırlıq çərçivəsində 24 min iş yerinin yaradıldığını açıqlayıb. Belə ki, iki həftədən az müddətdə davam edəcək karnavala tamaşa etmək üçün dünyanın bir çox ölkələrindən turistlər gələcək.

Braziliya Ticarət, Xidmətlər və Turizm Milli Konfederasiyasının baş iqtisadçısı Fabio Bentesin sözlərinə görə, karnavala hazırlıq işləri, otellərin turistləri qəbul etmək üçün gördüyü tədbirlər başa çatmaq üzrədir. Rio-de-Janeyronun otellərində yerlərin artıq 74 faizi əvvəlcədən sifariş olunub. Şəhərin qonşuları Botafoqo-Flamenqo və İpanema-Leblonda da çoxlu sifarişlər qəbul olunub. Turistlərin əksəriyyəti ABŞ, Argentina və Çilidən gələnlərdir, karnaval müddətindəki turist sayı isə il ərzində Braziliyanın bu sektorda ümumi göstəricilərinin 80 faizini təşkil edir.

2019-cu il "Rio karnavalı" martın 1-dən 9-dək keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.