Maraqlı

Karl Lagerfeld 18 il sevdiyi kişi ilə birlikdə dəfn ediləcək - FOTO

22 Fevral 2019 06:02
2 Şərh     Baxış: 2 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl dahi dizayner Karl Legerfeld 85 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, ölümü ilə moda dünyasını yasa boğan dizaynerin dəfn mərasimi ilə bağlı təfərrütat ortaya çıxıb. Vəsiyyətnamə rəsmən hələ açıqlanmasa da, Fransa mətbuatı artıq hər şeyi aydınlaşdırıb. Məlumatlar yayılıb ki, Karl Legerfeld cəzanəsinin yandılmasını vəsiyyət edib. Onun külü 18 il birlikdə olduğu Jak de Başerin külü ilə qarışdırılacaq. Cütlük 1971-ci ildən 1989-ci ilə qədər sevgili olub. Onları 38 yaşında QİÇS-dən dünyasını dəyişən Jakın ölümü ayırıb.

Bundan başqa Karl hələ sağlığında da külünün anasının külü ilə qarışdırılması barədə fikirlər səsləndirmişdi. O da məlum olub ki, Karl Lagerfeldin anası Elizabet Balmanın külü Jak de Başerin külü ilə qarışdırılıb.

De Başer Vyetnamda (onun atası orada o vaxtlar dövlət vəzifəsi tutub, ölkə faktiki olaraq Fransanın nəzarəti altında olub və müstəqillik uğrunda mübarizə aparıb) 1951-ci ildə anadan olub. O, Karlla 19 yaşında (Karlın həmin vaxt 38 yaşı olub) tanış olub. Modelyer Jakı görən kimi ona aşiq olduğunu deməsinə baxmayaraq, onlar fiziki təmas faktını rədd edib, hətta cütlük kimi birlikdə yaşamayıblar. O, bu barədə müsahibələrinin birində belə demişdi:

"Çox sevdiyim insanlarla yatmaq istəmirəm. Çünki cinsi münasibət uzun davam edə bilməz, amma məhəbbət sonsuza qədər davam edə bilər. Hesab edirəm ki, bu, möhtəşəmdir".

Lagerfeldin Başerlər paralel olaraq digər tanınmış dizayner İv Sen Loren ilə əlaqələri olub. Pier Berje daha sonra Lagerfeldin "Saint-Laurent" moda evinin vəziyyətini gərginləşdirmək üçün bu romanı xüsusi olaraq düşündüyü və Başeri istifadə etdiyini demişdi.

2017-ci ildə Jak de Başer haqqında kitab yazan jurnalist Mariya Ottavi ilə müsahibəsində Lagerfeld partnyorunun eşq macəralarının onu əyləndirdiyini, lakin onların ictimai həyat ilə bağlı ortaq fikirlərinin çox az olduğunu deyib. Başeri ən yaxşı dostu kimi xarakterizə edən Karl onun çılğın əyləncə gecələrinə sponsorluq edib.

Karl və Jak 18 il birlikdə olub. Dizayner Başerə QİÇS diaqnozu təyin edildikdən sonra onu tək qoymayıb. Onun ölümündən bəri dizayner çox qapalı həyat tərzi sürüb. Həmçinin məlumdur ki, Lagerfeld əziz dostunun xatirəsini yaşatmaq üçün doğma Hamburqda yerləşən evini Villa Jako adlandırıb. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.