Maraqlı

Ericsson 5G üçün yeni texnologiyalar göstərdi

23 Fevral 2019 08:31
0 Şərh     Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) kommersiya istifadəsinə verməyə hazırlaşan İsveçin "Ericsson" şirkəti onun üçün yeni həllər təqdim edib. "5G Platform" adlı həllə "5G" şəbəkələrinin effektivliyini, çevikliyini, rəvan inkişafını, eləcə də miqyaslanmasını təmin edən yeni məhsullar daxildir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət tərəfindən "bulud" nüvəsi (Cloud Core) üçün həllər çeşidinə həm avtonom, həm də avtonom olmayan "5G" arxitekturaları dəstəkləyən 7 yeni məhsul də daxil edilib. Bundan başqa, servislərin fasiləsiz fəaliyyəti üçün əvvəlki arxitekturaların dəstəyi nəzərdə tutulub.

İkirejimli "Dual-mode 5G Cloud Core" "bulud" "5G" nüvəsi "bulud" texnologiyalarında iş üçün optimallaşdırılıb ki, bu da buraxılış qabiliyyətinin avtomatik idarəetməsini, əməliyyatların effektivliyini və fasiləsiz yerinə yetirilməsini təmin edir. Nüvədə "5G" ssenari tələblərinə uyğun yüksək məhsuldarlığa malik istifadəçi müstəvisi və innovativ slaysinq və periferiya hesablamalarının istifadəsi üçün açıq "API" interfeysləri nəzərdə tutulub.
 
Bundan başqa, şirkət istismar prosesinin sadələşdirilməsi üçün avtomatlaşdırılmış quraşdırma xidməti nümayiş etdirib. "Ericsson Dynamic Orchestration" adlı servis "5G" xidmətlərinin sürətli tətbiqi məqsədilə yeni şəbəkə seqmentlərinin yaradılması, sınağı və qurulması prosesinin avtomatlaşdırılmasını təmin edir.

Burada müxtəlif istehsalçıların avadanlıq və həlləri əsasında qurulan hibrid şəbəkələr üçün nəzərdə tutulan əks əlaqəli avtomatlaşdırılmış süni intellekt texnologiyaları tətbiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.