Maraqlı

Xiaomi Mi 9 təqdim olundu

23 Fevral 2019 08:01
0 Şərh     Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xiaomi" şirkəti bu gün "Xiaomi Mi 9" qabaqcıl smartfonunu təqdim edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfon 1080x2280 piksel təsvir ölçülü 6,39 düymlük "Super AMOLED" displeylə təchiz edilib. Barmaq izi skaneri ekrana inteqrasiya edilib. Displey "Corning Gorilla Glass 6" şüşəsi ilə qorunur.
 
Yeni smartfonun əsas özəlliklərindən biri üçqat əsas kameradır:
 
48 meqapiksellik f/1.75 aperturalı "Sony IMX586" sensoru;
 
12 meqapiksellik "Samsung S5K3M5" sensoru;
 
16 meqapiksellik "Sony IMX481" sensoru.
 
İşıq diodu işıqlandırıcısı, fasiləsiz fokuslaşdırma, lazer və faza avtofokusu, 6 plastik linzaya malik optikadan istifadə olunur, 2 qat optik zum mövcuddur. Ön kameranın təsvir ölçüsü 20 meqapikseldir.
 
Smartfon yeni "Snapdragon 855" qabaqcıl prosessoru, 6/8 QB-lıq əməli yaddaş və 128 QB-lıq daxili fləş yaddaşla təchiz edilib. Akkumulyator 3300 milliamper/saat tutumuna malikdir, 27 vatt gücündə sürətli enerjidoldurma qurğusuna və dünyada 20 vatt gücündə ilk simsiz enerjidoldurma qurğusuna malikdir.
 
Smartfon "Android 9.0 Pie" sisteminin idarəetməsi altında işləyir. 2 SİM kart, "4G VoLTE", "Wi-Fi" (802.11ac), "Bluetooth 5", "GPS/QLONASS/Beidou", "NFC", "USB Type-C" texnologiyaları dəstəklənir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.