Maraqlı

Hitlerin 1941-ci ildə təyin etdiyi pensiya hələ də ödənilir?

22 Fevral 2019 07:57
0 Şərh     Baxış: 2 079
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Əmək Nazirliyi bəzi belçikalılara nasist qoşunlarında qulluğa görə hələ də pensiya ödənildiyi barədə Belçika KİV-lərinin yaydığı məlumatı yoxlayır.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin nümayəndəsi Yarmila Şnayder bildirib:

"Biz bu barədə aldığımız çoxsaylı jurnalist sorğularından xəbər tutmuşuq. Hələlik heç nə deyə bilmərəm, biz vəziyyəti aydınlaşdırırıq".

Qeyd edək ki, ötən gün Belçikanın "DeMorgen" qəzeti nasist Almaniyası tərəfində döyüşən 27 belçikalıya və ya onların varislərinə 1941-ci ildə Adolf Hitlerin əmri ilə təyin olunan pensiyanın indiyədək ödənilməsi barədə məlumat yayıb. Qəzetin xəbərinə görə, hazırda pensiyanın məbləği 425 avrodan 1275 avroya qədərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.