Maraqlı

Ən yaxşı film musiqilərinin reytinqi

22 Fevral 2019 07:00
0 Şərh     Baxış: 1 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspertlər kino tarixində filmlərə yazılmış ən yaxşı musiqilərin reytinqini hazırlayıblar.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, ən yaxşı soundtreklərin siyahısı "Pitchfork" jurnalında dərc edilib.

Siyahıya "Superflay" filminin kompozisiyası rəhbərlik edir. Filmin soundtrekini musiqiçi Kertis Meyfild yazıb.

İkinci yerdə "Al-qırmızı yağış" filminin soundtekidir. Bu musiqini isə pop-musiqiçi Prins bəstələyib. "İynə üstündə" filminin kompozisyası isə üçüncü yerdədir. Musiqini İqqi Pop, Lu Rid və Blur yazıb.

Bundan başqa "Tərcümə xətaları", "Kömək edin" və "Kriminal qiraət" filmlərinin soundtrekləri də ilk onluğa daxil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.