Maraqlı

13 yaşlı oğlanın qeyri-adi xəstəliyi - FOTO

20 Fevral 2019 19:29
1 Şərh     Baxış: 3 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanlı məktəbli "qulyabanı" sindromundan əziyyət çəkir və onu meymun adlandırırlar.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Lalit Patidarın valideynləri uzun illər oğlan övladı üçün dua ediblər. Ailənin 5 qızdan sonra oğul övladı dünyaya gəlib. Amma ata və ana şokda idi çünki uşağın bədənində tük həddən artıq çox idi.

Lalit dünyaya hipertrixoz xəstəliyi ilə gəlib. Bu xəstəlik insanın təkcə üzündə yox, bədəninin hər yerində anormal tüklə müşahidə edilir. İndi 13 yaşı olan oğlan öz xəstəliyinə alışıb. O, tük örtüyündən başqa yaşıdlarından heç nə ilə fərqlənmir. Lalitin sinif yoldaşları da ona öyrəşiblər, oğlanın çoxlu dostu var. Valideynlər də övladlarını belə qəbul edib seviblər.

Xarici görünüşünə görə qarşılaşdığı problemlərə baxmayaraq, Lalit arzusunu gerçəkləşdirmək, polis zabiti olmaq niyyətindədir. Məktəbdə yaxşı oxuyan qeyri-adi oğlan həm də idmanla məşğul olur.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.