Maraqlı

Süni intellektli videokamera yaradılıb

20 Fevral 2019 23:09
0 Şərh     Baxış: 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Xnor" startapı "sonsuz" avtonom işləmə müddətinə malik süni intellekt sistemli simsiz videomüşahidə kamerasının prototipini hazırlayıb. Günəş enerjisi ilə işləyən qurğu uzun müddət təsviri yaza bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, süni intellekt sistemli kamera tamamilə müstəqildir: batareya və kənar enerji mənbəyi lazım deyil. Aparat bir sıra enerji-effektiv simsiz protokollar ilə (Wi-Fi protokolu enerjini sürətlə işlətdiyinə görə dəstəklənmir) uyğundur ki, bu da bir neçə kilometri əhatə edən radiusda məlumat ötürməyə imkan verir.

Belə ki, məlumatların işlənməsi və təhlili qurğuda həyata keçirilir: "FPGA" mini-çipi və obyektlərin tanınması üçün güclü alqoritm bu işdə kömək edir. Təsvir 320x320 piksel ölçüsündə yazılır. Lakin bu təsvir ölçüsü süni intellektdən hərəkət detektoru kimi istifadə etmək üçün kifayətdir.

"Xnor" startapının hazırlanmasının qiyməti təxminən 10 dollar təşkil edir. Amma startap, hələ ki, kütləvi istehsala hazır deyil: süni intellektli kamera tərəfindən çəkilən kadrların tezliyi qəbul olunan enerjinin həcmindən çox asılıdır. Aydın havada video 32 kb/s sürətlə yazılır, amma qurğuya böyük ölçülü fotoelement quraşdırmaqla bu məhdudiyyəti aradan qaldırmaq mümkün olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.