Maraqlı

İtkin düşən təyyarə ilə bağlı YENİ FAKTLAR

20 Fevral 2019 11:36
0 Şərh     Baxış: 1 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2014-cü ildə Pekindən Kuala Lumpura uçarkən radarlardan itən təyyarə ilə bağlı yeni iddia səsləndirilib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, 239 nəfər sərnişini olan təyyarə ilə bağlı iddianı yazıçı Kristin Neqroni səsləndirib. O, təyyarənin havaya qalxdıqdan 30 dəqiqə sonra sərnişinlərin oksigensiz qalaraq öldüklərini bildirib.

"Express"in xəbərinə əsasən, Neqroni itkin düşən təyyarənin dənizə düşdüyü vaxt köməkçi pilotun sağ olduğunu və sərnişinlərin uçuşdan 30 dəqiqə sonra öldüklərini deyib. İddiaya görə "MH370" təyyarəsi havaya qalxdıqdan 30 dəqiqə sonra təzyiq aşağı enib. Sərnişinlər üçün 15 dəqiqə kifayət edəcək oksigen qalıb. Bu səbəbdən sərnişinlərin hamısı 15 dəqiqə ərzində ölüb.

Kapitan pilot isə uçuş zolağına geri qayıtmayıb. Köməkçi pilot bir neçə saat təyyarəni endirməyə çalışıb. Bununla belə pilot şüurunu itirib və təyyarə okeana çırpılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.