Maraqlı

Məşhur ufoloq Marsda nəhəng heyvanın dişini tapdı

20 Fevral 2019 22:41
0 Şərh     Baxış: 1 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tayvanlı tədiqatçı və ufoloq Skott Uorinq Marsdakı fotolarda yeni kəşfə imza atıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, ufoloq bu dəfə çox nəhəng bir heyvanın dişini tapıb.

Teoriyasını sübut etmək üçün Skott daşlaşmış qədim köpək balığının dişinin fotosunu göstərib. Fotodan da görünür ki, hər iki diş çox oxşardır. Amma skeptiklər bildirirlər ki, Marsda lentə alınan fotodakı obyektin nə olduğu dəqiq bilinmir.

Skott əmindir ki, onun fotoda tapdığı obyekt qədimdə Marsda yaşayan nəhəng bir yırtıcıya məxsusdur və bu heyvanın hündürlüyü 20 metrdən çox olub, quruda yaşayıb. Ufoloq bildirib ki, "Mars 2020" roveri və Marsın səthinə qanadlı planer göndəriləndə fotolar daha dəqiq olacaq və burada nə vaxtsa canlı aləmin olduğunu sübut edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.