Maraqlı

LG şirkəti qatlana bilən telefon istehsal etməyəcək

21 Fevral 2019 08:59
0 Şərh     Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son vaxtlar qatlanan telefonlarla bağlı xəbərlər artıb.

Samsung, Huawei, Xiaomi və digər şirkətlərin yaxın vaxtlarda onların qatlama cihazlarını işə salması gözlənilərkən, LG belə düşünmür.

Milli.Az chip.az-a istinadən bildirir ki, LG, CES-də göstərdiyi rulet halına salına bilən televizyonuyla bizləri təəccübləndirməyi bacarsa da bu tip telefonlar istehsal etmək üçün hələ tez olduğunu bildirmişdi. LG Electronics mobil və televiziya şöbəsinin rəhbəri Brian Kwon Seulda keçirilən mətbuat konfransında deyib:

"Yanvar ayında LG, CES-də yuvarlanan bir televiziya tanıtdı. Bu texnologiya, qatlana bilən texnologiyanın bir addım önündədi. 5G-ə sahib telefonu çıxarma planlarımız əsnasında qatlana bilən telefon istehsal etməyi dəyərləndirsəkdə, daha sonra fikrimizdən yayındıq. Ağıllı telefon bazarında 1 milyon məhsul arasında LG-nin əsas məqsədi, problemləri həll etmək və bazarda öz yerlərini bərpa etməkdir. Biz qatlanan bir telefon istehsal etməyə tam hazırıq, lakin, bazarda yerimizi bərpa etmədən bunu etmək hazırda məntiqli deyil ."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.