Maraqlı

Yeni növ maqnit

21 Fevral 2019 21:50
0 Şərh     Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ elm insanları, məlumat saxlama texnologiyalarının gücünü artırması gözlənilən yeni bir növ maqnit yaratdı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Nyu-York Universitetinin alimlərinin yaratdıqları maqnit, uran və antimon komponenti USb2 ehtiva edir. Beləcə bilinən hər maqnitdən fərqli bir maqnetizm verir.

Qarşı ucu olmayan tək tərəfli maqnitin, ortaya çıxıb yox olan sahələrə sahib olduğu, bu vəziyyətin maqniti dəyişən bir güc halına gətirdiyi, eyni zamanda ənənəvi bənzərlərinə görə daha elastik olduğu ifadə edildi.

Maqniti yaradan qrupun rəhbəri Endrü Vray bu barədə belə deyib: "Tək tərəfli maqnitlər, maqnetik və maqnetik olmayan mərhələlər arasında çox daha ani keçidə malikdir. Maddəni maqnetik olmayandan çox güclü maqnetik mərhələyə çevirmək üçün çox bir şey etmənizə ehtiyac yoxdur. Bu da enerji istehlakı və kompyuter məlumat köçürmə sürəti baxımından faydalı ola bilər".

Araşdırmanın təfərrüatları "Nature Communications" jurnalında nümayiş olundu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.