Maraqlı

Yaddaş itkisi və əhvalı yaxşılaşdıran dərman

21 Fevral 2019 22:50
1 Şərh     Baxış: 1 483

Kanadalı elm insanlarından ibarət olan bir qrup, yeni möcüzəvi bir dərmanın yaddaş itkisi və əhval-ruhiyyədə sürətli yaxşılaşma etdiyini bildirdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Heyvan təcrübələrində yaxşı nəticələr alınan dərmanın, gələn iki il ərzində insan üzərində sınaqlara başlana biləcəyi ifadə edildi. GABA(Gamma-aminobütirik turşu) açar bir nevrotransmitterdir, koqnitiv degenerasiyadan, psixiatrik vəziyyətlərə qədər zehni bir çox hadisənin dəyişməsində əhəmiyyətli bir rol oynayır.

Ağıl sağlamlığı mərkəzindən araşdırmanın baş mütəxəssisi Etyen Sibil bu barədə belə deyib: "Adətən depressiya, ağıl xəstəlikləri və yaşlanma səbəbilə yaranan yaddaş itkisi kimi simptomları müalicə edə biləcək bir dərman yoxdur".

Dərman heyvan üzərində aparılan təcrübələrdə təsirli oldu. Yaşlanmış siçanlar yaddaş sınaqlarda bir neçə saat ərzində gənc siçanlara bənzər sürətli hərəkətlər sərgilədi. İki ay davam edən gündəlik müalicə nəticəsində, beyin hüceyrələrinin gerçək quruluşunda təkrar böyümə müşahidə edilərək, beyin strukturlarının gənc beyinlərə bənzədiyi aşkarlandı.

Araşdırma Molecular Neuropsychiatry jurnalında nəşr olundu.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Men · 22 Fevral 01:5110

    Men neçe ildir depresiyadan eziyyet çekirem indi lap pis olmuşam qapalı lifte samalyota mine bilmirem Xahiş edirem yaxşı hekim ya nese bunun malicesin bilen varsa yazsın

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.