Maraqlı

“Qadınların çılpaqlıq dəbi xalqların ölüm prosesini başladıb” - Məşhur akademik

21 Fevral 2019 23:50
6 Şərh     Baxış: 3 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadınların çılpaqlaşma dəbi xalqların ölüm prosesini başlatdı.

Milli.Az faktxeber.com-a istinadən bildirir ki, bu barədə stress haqqında monumental araşdırma yazan rusiyalı akademik həkim Leondid Aleksandroviç Kitayev-Smık bildirib.

Müasir analitik və eksperimentator, uzun illik zəhmətinin bəhrəsi olan "Stresik psixoloqiyası: Stresin  psixoloji antropoloqiyası" flks unikal monoqrafiyasında bu mövzuya toxunub.

Həkimin sözlərinə görə, bir dəfə o, ağır xəstəlikdən  xəstəxanada yatmalı olur: "Elə həmin vaxt elə bil ki, elmi ilham gəldi və mən araşdırmaya başladı. Hazırda kitabımda belə bir yekun var: ""Seksual stressin" yaratdığı onkoloji xəstəliklər".  Kitab ümumilikdə  stress kimi çöxyönlü fenomenin  müxtəlif aspektlərinə həsr olunub, lakin hər şeydən əvvəl məndə kişi və qadınlarda onkologiya yaradan səbəbləri öyrənmək maraqlı idi. Son on illikdə Avropa Amerika sivilizasiyasında kişilər arasında adenoma (xoşxassəli şiş) və prostat xərçəngi epidemiya kimi yayılıb. Bizim əsrin başlanğıcında  40 faiz kişidə adenoma müəyyən edilib, 40 yaşdan yuxarılarda isə artıq göstərici 50 faizdir. ABŞ-da  patoloqoanatomlar  60 yaşında ölən kişilərin 80 faizində  prostat xərçəngi müəyyən ediblər. Paradoks ondadır ki, müsəlman ölkələrində kişi onkologiyasında  belə inkişaf yoxdur".

Leondid Aleksandroviçin sözlərinə görə, buna səbəb bu gün müasir dünyada dəbdə olan qadın gözəlliyini, əndamını vurğulayan, dar və çılpaq geyimlərdir: "Mən buna həkim kimi, fizioloq kimi baxıram: Bütün bunlar kişilərdə şəhvət yaradan seksual siqnallardır. Şəhərli kişi gün ərzində orta hesabla  100-200 belə "siqnallar" alır. Onun özü hiss eləməsə də qanı androqenlər alır. Lakin androgenlər qana çox yox (hansı ki, onkoloji təhlükəsiz hesab edilir), kanseroqen sayılan orta dozada atılır. Nəticədə tez-tez şəhvətlənən, lakin təmin olunmayan kişi elə öz orqanizminin  içində kanseroqen, dağıdıcı hücuma məruz qalır, bu da onkoloji xəstəliklərə gətirir".

Alimin sözlərinə görə, məhz bu səbəbdən qadın çılpaqlaşmasının əslində seksual stressə gətirdiyini demək olar. Bu isə impotensiya, hətta xərçənglə nəticələnə bilər.

"Qadınları soyunduran dəb Avropa etnosunu depopulyasiyaya (ölümə) aparır. Onların yerini isə öz iffətlərini və qadınlarının örtüyünü qoruyan, bununla da elə öz kişilərini qoruyan xalqlar gəlir. İlk növbədə bu, MÜSƏLMANLARDIR", - deyə həkim vurğulayıb.

O, antik yunan və romalıları xatırladaraq, bu xalqların ölümünə soyunma dəbinin səbəb olduğunu bildirib: "Onlar indi hardadır? Dünya xəritəsindən siliniblər. Özü də təkcə hərbi fəaliyyətlərinə görə yox. Onlar daxildən məhv olublar. Tövrat və Quranda Ad və Səmud qövmü barədə yazılanlar  çoxsaylı  misallardan yalnız biridir. Onlar təbiət qanunlarını pozaraq və onun təbii mexanizmlərini dağıdaraq özünü məhv yolunda addımlayıblar".

Alim eyni zamanda öz mənəvi dəyərlərini  qoruyan xalqların bu günə qədər sağ olduğunu da vurğulayır: "Bu müsəlman etnoslardır. Onu da qeyd edim ki, müasir slavyanların  qədim əcdadları da elə idi. Bütün Rusiya xalqlarında 19-cu əsrin geyimlərinə baxın: Qadın geyimləri sadə, uzun paltarlar, bədənin formasını göstərməyən sarafanlardan ibarət olurdu. Parlaq, bayramsayağı, al-əlvan (adətən qırmızı çalarlarla) olan bu geyimlər əlbəttə kişiləri cəzb edirdi, ancaq bu cəzbiyyətdə heç bir erotik çağırış olmurdu".

21-ci əsrin qadınları isə paltarlarında dərin yarıqlar və çılpaq ayaqları ilə kişilərin sağlamlığının qəbrini qazırlar", - deyə alim sözlərini yekunlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.