Maraqlı

Meyvə satışında fırıldaqçılıq etməyin hökmü

21 Fevral 2019 23:55
0 Şərh     Baxış: 1 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az maide.az-a istinadən Ayətullahul Üzma Seyyid Əli Xameneinin Meyvə satışında fırıldaqçılıq etməyin hökmü haqqında suala cavabını  təqdim edir:  
 
Sual: İşim meyvə satıcılığıdır. Təbii ki, meyvələri satmaq üçün onların eyibini gizlədirik. Məsələn, göz önünə meyvələrin yaxşılarını qoyuruq. Onu da deyim ki, müştəri meyvə alanda seçib alır.
 
Bəzən elə olur ki, sabah satacağımız yerkökü kimi meyvənin solmasının qarşısını almaq üçün meyvələri gecə suya qoyur, səhər açılanda quruduruq. Bundan əlavə, keçən gecənin meyvələrini yeni meyvələr ilə qarışdırıb satırıq. Bu cür hallar alv-erdə fırıldaqçılıq sayılırmı?
 
Cavab: Əgər satıcı öz malını olduğundan yaxşı göstərərsə və malın qiymətini müştərinin gözündə qaldıran bir iş görərsə, bu, kələkbazlıq hesab olunur. Buna görə müştəri aldanarsa, onun alğı-satqını pozmaq hüququ vardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.