Maraqlı

Qədim Misir mumiyaları haqqında BİLMƏDİYİMİZ FAKTLAR - FOTO

20 Fevral 2019 21:59
0 Şərh     Baxış: 2 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qədim Misir mədəniyyəti deyəndə ağlımıza piramida və mumiyalar gəlir. Amma bir çox hallarda biz bunları ya filmlərdə görmüşük, ya da kitablarda oxumuşuq.

Milli.Az ölkə.az-a istinadən mumiyalar haqqında çox az bilinən faktları çatdırır.

Qədim misirlilərin inancına əsasən, fiziki bədən o dünyada ruhla birləşməlidir və buna görə də bədəni qoruyub saxlamaq lazımdır. Amma daxili orqanları çıxartmaq lazım idi çünki bu olmasa, mumiyalama yaxşı alınmırdı. Bunu başa düşmək üçün isə misirlilərə 800 il vaxt lazım oldu. Misirlilər orqanizmdə yeganə orqan ürəyi saxlayırdılar. Çünki inanca əsasən, ürək ağıl və emosiyanın vəhdətidir və bu xüsusiyyətlər o biri dünyada lazım olacaq.

Bəzi fikrə əsasən, təkcə fironları mumiyalayırdılar. Amma bu belə deyil. Kifayət qədər imkanı olan adam da bunu edə bilərdi. Amma bu, o qədər də ucuz "əyləncə" deyildi.

İnsanların meyitlərini qurudur, daxili orqanlarını çıxarır, xüsusi yağlar sürtürdülər. Bu proses 70 gün davam edirdi. İşə soyunan hər kəs isə külli qonorar alırdı.

Sarkofaqda uzanmış, qurudulmuş meyit elə də yaxşı mənzərə deyil. Belə meyitlər çox tapılıb. Meyitlərin bir çoxu ağzı açıq olurdu. Çünki misirlilərin inancına əsasən, meyiti ağzı açıq mumiyalayanda mərhum o biri dünyada daha rahat nəfəs alır.

Bütün mumiyalara eyni poza verilmirdi. Məsələn əllərini sinəsində çarpazlayanlar ancaq çar qanı daşıyan kişilər ola bilərdi.

Viktoriyan dövründə qonaqlıqların populyar əyləncəsi mumiyanın bintlərini açmaq idi. Ev sahibi mumiya alır, qonaqlar isə növbə ilə binti açırdılar.

Açıldıqdan və tədqiqat aparıldıqdan sonra meyit lazımsız əşyaya çevrilirdi. Əvvəlcə onu zibilliyə atmağa başladılar. Sonra isə simvolik qiymətə rəng istehsalçıların satdılar. Qədim insan meyiti tünd qəhvəyi rəng verdiyi üçün rəssamlar arasında populyar idi. Mumiya rəngi 1960-cı illərə qədər dəbdə idi. Sonra isə mumiyalar bitdi və rəng istehsalı da dayandı.

XVII-XVIII əsrlərdə Avropa eskulapları mumiya qalıqlarından dərman kimi istifadə edirdilər. Xüsusən də kəllə sümüyündən hazırlanan toz qiymətli sayılırdı. Bu toz ilə bir çox xəstəlikləri müalicə edirdilər. Kral II Karl isə mumiya tozunda böyük sirr olduğuna inanırdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.