Maraqlı

Günün hansısa vaxtlarında yatmaq haramdırmı?

23 Fevral 2019 19:50
0 Şərh     Baxış: 1 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dinimiz günün hansısa vaxtında yatmağa qadağa qoymayıb. Yalnız Məğrib və İşa namazları arası yatmaq bəyənilmir, amma hətta bu da haram deyil. Əbu Bərzə (Allah ondan razı olsun) deyir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) İşa namazından əvvəl yatmağı, sonra isə danışmağı xoşlamazdı". (əl-Buxari, 568).

Milli.Az zikr.az-a istinadən bildirir ki, yorğun olan insan hər vaxt yatıb dincələ bilər. Siz dediyiniz hədisdə mənbə yoxdur və ümumiyyətlə belə bir səhih hədis yoxdur. Bu yazılanlar bir neçə hədisdən toplanmış ibrətlərdir. Bunların içində zəif hədis də var. Qaylulə hədisi kimi. Allah Elçisi (salləllahu aleyhi və səlləm) rəvayət edir: "Qaylulə edin, şübhəsiz ki, şeytan qaylulə etməz". (əs-Suyuti "Cəmius-Sağir" 6168, 8526). Qaylulə - günün əvvəlində Duha vaxtı (gün çıxandan sonra) yatmağa deyilir. Həmçinin, günorta vaxtı yatmağa da qaylulə deyilir -- belə ki, Səhl (Allah ondan razı olsun) belə demişdir: "Biz Allah Elçisi (salləllahu aleyhi və səlləm) ilə Cümə namazını qılardıq, qaylulə ondan sonra olardı". (əl-Buxari, Cümə 40). Bu vaxtlarda yatmaq yaxşıdır, amma yatmayan insan günah qazanmır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.