Maraqlı

Mühəndislər məişət tullantılarını xizəkçilik qurğusuna çeviriblər - FOTO

18 Fevral 2019 23:29
0 Şərh     Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarkalı mütəxəssislər məişət tullantıları zavodunu şəhərin yerli görməli məkanına çeviriblər. Belə ki, Danimarkanın paytaxtı Kopenhagendə 10 dəqiqəlik məsafədəki zavodda istifadəyə veriləcək xizəkçilik qurğusu hamının marağına səbəb olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ölkənin paytaxtında toplanılmış məişət tullantıları zavodunda 90 metr hündürlüyündəki futuristik bina yeni məqsədlər üçün istifadə olunacaq. Bu tikilinin xarici görkəmi xizəkçilik qurğusuna bənzəyir. Yeganə fərq ondan ibarətdir ki, bina yaşıl rəngdədir. Zavodun innovasiyası istirahət mərkəzində sadə üsulla dəyişiklikləri ehtiva edir. Beləliklə, Kopenhill adlanan xizəkçilik trasının yeni qonşusu olacaq. Bu, 10 min kvadratmetrə yaxın səthi olan və məişət tullantılarının utilizasiyası üçün nəzərdə tutulan qurğusunun aşağı hissəsində yerləşəcək.

Danimarkalı arxitektor Byarke İnqelsin hazırladığı bu layihə üzrə yaxınlıqda fəaliyyətini davam etdirəcək zavod da Kopenhagenin karbon qazından təmizlənməsi funksiyasını davam etdirəcək.

"Düşünürəm ki, mənim bu layihəm hamını maraqlandırır və insanlar xizəkçilik qurğusunun səthinin qar deyil, məişət tullantıları olduğunu öyrənəndə daha çox heyrətlənirlər. Bu, quru yaşıl materialdır. Xizəklə onun üzərində 2-3 dəfə sürüşdükdən sonra sizə elə gələcək ki, siz qarın üzərində hərəkət edirsiniz", - deyə mühəndis əlavə edib.

Daha bir maraqlı fakt ondan ibarətdir ki, xizəkçilik qurğusu funksiyasının yerinə yetirməklə yanaşı, zavodun digər hissəsi 600 min əhalisi olan şəhərin məişət tullantılarını da utilizasiya edəcək. Bu prosesdə həm elektrik enerjisi əldə olunur, həm də yaxınlıqdakı müəssisələrin fəaliyyəti üçün enerji ayrılır.

Zavod 2017-ci ildən fəaliyyət göstərir, xizəkçilik qurğusu isə yaz aylarında istifadəyə veriləcək.

Xizəkçi Pelle Hansen vurğulayıb: "Şəhərin mərkəzində həyata keçirilən bu fantastik layihə insanlara asudə vaxtlarını əyləncəli keçirməyə imkan verəcək. Bir neçə saat ərzində xizəkçilik trasına çatmaq yerinə, siz cəmi 10 dəqiqədə bu qurğuya gələ bilərsiniz".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.