Maraqlı

Yeni Zelandiyada "Google" və "Facebook" üçün yeni vergilər barədə düşünürlər

18 Fevral 2019 22:29
0 Şərh     Baxış: 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Zelandiya hökuməti "Google" və "Facebook" kimi informasiya texnologiyaları nəhəngləri üçün vergiləri artırmağa hazırlaşır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Yeni Zelandiyanın Baş naziri Casinda Arden bu kompaniyaların ölkədə böyük pullar qazandıqları, lakin büdcəyə az vəsait ödədikləri üçün hazırkı vergi sisteminin ədalətli olmadığını hesab edir.

Bununla bağlı hökumət beynəlxalq informasiya texnologiyaları kompaniyalarına Yeni Zelandiyada əldə etdikləri gəlirlərinin 2-3 faizi həcmində vergi tətbiq etmək istəyir. Analoji qərarın bu sahədə vergi qanunvericiliyini dəyişməyə hazırlaşan digər dövlətlər tərəfindən də müzakirə edildiyi bildirilir.

Yeni Zelandiyada yeni vergilər artıq növbəti ildən tətbiq oluna bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.