Maraqlı

Vegeterian valideynlər bu əməllərinə görə saxlanıldı

17 Fevral 2019 23:46
3 Şərh     Baxış: 1 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da yaşayan Culiya Frenç və Robert Buskey adlı valideyn həbs olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 20 yaşlı Culiya və 31 yaşlı Robertin övladlarını acından öldürdüyü iddia olunur. Belə ki, Rastafari dini hərəkatına qoşulan cütlük süd və süd məhsulları, ət və ət məhsullarının qadağan olduğunu söyləyərək bu qidalardan nə özləri yeyir, nə də 5 aylıq körpələrinə verirlər.

Yalnız kartof püresi ilə qidalanan 5 aylıq uşağın 3,90 kiloqram olması, ağlamaması, zəifləməsi, qabırğaların görünməsi qonşuların valideynlər barədə polisə şikayət etməsi ilə nəticələnib. Vegetarian valideynlər bu səbəbdən saxlanılaraq ifadə verməli olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.