Maraqlı

Avtomobil ustası maraqlı qurğu hazırladı: Benzin sistemini cəmi bir qurğu əvəz edir

17 Fevral 2019 20:48
0 Şərh     Baxış: 1 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avtomobil ustası fərqli bir qurğu hazırlayıb. Qurğu qarajlarda və parklanma yerlərində bir sözlə evakuatorun giriş imkanı məhdud olan yerlərdən xarab olmuş avtomobili çıxarmaq üçün istifadə edilmək üçün nəzərdə tutulub. Kiçik bir qurğu avtomobilin benzin sistemini əvəz etməklə onu hərəkətə gətirir. Avtomobil ustası Pərviz İsmayılov deyir ki, qurğuya tələbat çox olduğundan o bu cihazın sayını artıracaq. Hətta patentinin alınması üçün də müraciət edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, benzin sistemini cəmi bir qurğu əvəz edir.

Bakıda usta benzin sistemi işləməyən maşınları bu qurğu ilə hərəkətə gətirir.Avtomobil ustası Pərviz İsmayılovun sözlərinə görə,xüsusilə də yeraltı qarajlarda avtomobil saxlayan sürücülər bəzən belə problemlə üzləşirlər.Bu qurğu isə bütün benzin sistemini müvəqqəti olaraq əvəz edə bilir..

Qurğunun işləmə mexanizmi də çox sadədir.İstənilən sürücü bu aparatın köməyi ilə avtomobilini hərəkətə gətirə bilər.

12 litrlik yanacaq tutan qurğu ilə bütün benzin sistemi əvəzlənir.Belə bir qurğunu ilk dəfə özünün hazırladığınıdeyən Pərviz İsmayılov cihazın patentini almaq üçün də artıq müraciət edib.

Usta tələbat çox olduğundan o gələcəkdə bu qurğunun sayını artırmağı düşünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.