Maraqlı

Şizofreniyası olan xərçəng xəstəsinə sümük iliyi köçürülür. Həm xərçəng, həm də şizofreniya yoxa çıxır

17 Fevral 2019 20:02
0 Şərh     Baxış: 1 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həkimlər həm də şizofreniyası olan xəstəni qan xərcəngindən müalicə etmək üçün ona sümük iliyini köçürüblər. Nəticədə o, hər iki xəstəlikdən azad olunub.

Müalicənin nəticələri Frontiers in Psychiatry jurnalında dərc olunandan sonra bənzər halların baş verdiyi barədə hekayələr üzə çıxmağa başlayıb.

Jurnalın redakisyasına daxil olan məktublarda deyilirdi ki, xərçəngə qarşı terapiya psixoloji pozuntulara da "möcüzəvi təsir" göstərir.

İlk müalicə halından bir il sonra həkimlər nəyin baş verdiyini daha yaxşı anlamağa başlayıblar.

İnanılmaz hekayə

N. adlı pasient 24 yaşına çatanda halyusinasiyalar görməyə başladı. Ona elə gəlirdi ki, fikirləri beynini tərk edib ətrafa yayılır və bunu başqa insanlar da görə bilər.

Halyusinasiyalar filmləri sehr edərkən də yer alırdı: Pasient təmasa girməyə çalışan aktyorların ona gizli işarələr verdiyini zənn edirdi.

Onda əsəbilik, tez hirslənmə və yuxusuzluq yaranmışdı. Xəstəyə paranoidal şizofreniya diaqnozunu qoyan psixiatr Tsuyoshi Miyaoka neyroleptiklərlə müalicə kursunu təyin etdi.

Lakin dava-dərmanın təsiri olmadı - psixi pozuntu medikamentlərlə müalicəyə müqavimət göstərirdi.

Bir ilk keçmiş xəstənin halı daha da ağırlaşdı.

O, tez yorulmağa, təngnəfəs olmağa başladı. Xəstədə qızdırmalar əmələ gəlirdi. Növbəti müayinə xəstədə qan xərçənginin bir növü sayılan - kəskin mieloid leykozunu üzə çıxardı.

N.-in həyatını xilas etmək üçün yeganə çarə sümük iliyinin köçürülməsi idi.

Donor tapılandan sonra həkimlər iliyin transplantasiyası üzrə cərrahiyyə əməliyyatını keçirdilər. Möcüzə də elə burada baş verdi: Pasientdə həm halyusinasiyalar, həm də narahatlıq halları yoxa çıxdı.

Onda artıq şizofreniya yox idi. Həkimlər bunun müvəqqəti olduğunu hesab edərək simptomların qayıdacağını gözləyirdilər.

Lakin hadisədən artıq xeyli vaxt keçib və doktor Tsuyoshi Miyaoka təsdiq edir: Dərmanların qəbulu tama dayandırılsa da, pasientdə heç bir şizofreniya əlamətləri müşahidə olunmur.

Sirli əlaqə

Sümük iliyinin köçürülməsi pasientin immun sistemini yenidən yükləyir. Kimyaterapiya köhnə limfositləri məhv edir, yeni limfositlər isə artıq donor orqanında istehsal olunur.

Əlbəttə, tək bir hala əsaslanmaqla uzaq gedən nəticə çıxarmaq düzgün olmazdı. Çünki N.-in müalicəsində transplantasiyadan əvvəl və daha sonra təyin edilən dərmanlar da rol oynaya bilərdi.

Lakin sağalma faktı psixoloji pozuntu ilə immun sisteminin əlaqədə olmasına dəlalət edir. Əslində, bu inanılmaz bir ehtimaldır - axı immunitetmizlə beyin arasında hansı ümumi əlaqə ola bilər ki?

Amma belə bir əlaqənin mövcud olmasına inanan tədqiqatçıların sayı artmaqdadır!

Bu sahədə ilk müşahidələr hələ ötən əsrdə qeydə alınıb.

XIX əsrin sonunda həkimlər belə bir amilə fikir veriblər: Psixiatriya klinikasında soyuqdəymə vaxtı baş verən qızdırma halları ardınca pasientlərin psixoloji vəziyyətində yaxşılaşma müşahidə olunur.

Sümük iliyinin köçürülməsiSümük iliyinin köçürülməsi pasientin immun sistemini yenidən yükləyir

Bu hətta avstriyalı həkim tərəfindən yaradılan yeni müalicə üsuluna yol actı: Julius Wagner Ritter von Jauregg psixi pozuntulardan əziyyət çəkən pasientlərdə yüksək qızdırmaya nail olmaq üçün onları malyariya ilə xəstələndirirdi.

Müalicə bəzi xəstələrin ölümü ilə nəticələnsə də, sağ çıxanlar psixoloji pozuntudan azad olurdular.

1927-ci ildə avstriyalı həkim müalicə üsuluna görə tibb üzrə Nobel mükafatını qazandı.

Çox təhlükəli olduğu üçün "malyariya terapiyasının" tətbiqi 1950-ci ildə dayandırıldı.

Bundan bir neçə il əvvəl, yüksək qızdırma ilə müşayiət edilən qan köçürülməsi ardınca xəstədə şizoaffektiv pozuntu yoxa çıxdı.

Hərçənd ki, əks nəticələr də müşahidə olunub.

Hollandiyada leykemiya xəstəsinə şizofreniyadan əziyyət çəkən qardaşının sümük iliyi köçürülüb. Pasient xərçəngdən müalicə olunub, lakin onda şizofreniyanın əmələ gəldiyi bildirilir.

Belə hallar kifayət qədər nadirdir və alimlər psixoloji xəstəliklərlə immun sistemi arasındakı daxili əlaqəni fəal şəkildə tədqiq edirlər.

Johns Hopkins Universitetinin professoruna əsasən, şizofreniyadan əziyyət çəkən xəstələrin üçdə birində immun həm də sisteminin disbalansı (tarazlığın pozulması) əlamətləri müşahidə olunur.

"Ciddi psixi pozuntular hallarında immunitetin aktivləşdirilməsinin rolu - belə xəstəliklərin tədqiqi baxımından bəlkə də ən maraqlı yeni istiqamətdir", - New York Times nəşrində Robert Yolken-in sözləri iqtibas edilir.

Qeyd: Mətn New York Times qəzetindəki məqaləyə əsaslanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.