Maraqlı

Məşhur rusiyalı reperin anası onun ölüm səbəbini açıqladı

16 Fevral 2019 23:56
1 Şərh     Baxış: 2 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur rusiyalı reper Detslın (Kirill Tolmatskiy) anası İrina Tolmatskaya Birinci kanalın efirində oğlunun ölüm səbəbini açıqladı.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Detsl gərgin işi ilə bacarmayıb.

"Ölümün səbəbi gərgin işdir. O, son yarımildə iki albom yazıb. Əl və ayaq ağrısından şikayət edirdi",- Tolmatskaya deyib.

Reperin anası bildirib ki, Detsl əhəmiyyətli bir iş görmək üçün albomlar üzərində çox işləyirdi.

"Böyük ürəyi olan balaca", - Tolmatskaya qeyd edib.

Xatırladaq ki, Kirill Tolmatskiy fevralın 3-nə keçən gecə İjevskdə 35 yaşında vəfat edib. Reperin ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.