Maraqlı

Castinin xanımı: “Gənc evlənmək qorxuludur” - FOTO

16 Fevral 2019 21:08
0 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pop ulduz Castin Biberlə ötən il evlənən model Heyli Bolduin evliliyi və həyat yoldaşından danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 22 yaşlı model "Gənc evlənmək çox qorxuducudur. İllərdir aşiq olduğum insanla birlikdəyəm. Ən gözəl tərəfi də budur. Castin ən yaxşı dostumdur. İndi sonsuzadək birlikdə bir həyat qururuq" deyə, bildirir.
Sonsuzluq sözünü evləndikdən sonra başa düşdüyünü deyən Heyli "Əvvəllər ciddi bir münasibətim olmamışdı. Həmişə azad qadın idim. Buna görə də, evlilik mənə maraqlı və fərqli gəlir. Məsuliyyətlərimiz artır" deyə, söyləyir.

Qeyd edək ki, "People" dərgisi ötən günlərdə Castin Biberin depressiyada olduğunu və Heyli ilə olan evliliyi sayəsində sağaldığını bildirmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.