Maraqlı

Bu maddə yaddaşınızı və qaraciyərinizi normada saxlayacaq!

16 Fevral 2019 20:22
0 Şərh     Baxış: 3 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lesitin maddəsı orqanizmin inşaat materialı da hesab edilə bilər. Onun çatışmazlığı bir çox fəsadlara yol açır. Buna görə də sağlam və gümrah qalmağınız üçün lesitin maddəsindən istifadə etmək lazımdır.

Milli.Az medicina.az-a istinadən bu möcüzəvi maddənin faydalarını açıqlayır:  

1. Lesitin hüceyrə divarının struktur elementi hesab olunur.
 
Alimlər bildirirlər ki, bir çox xəstəliklərin yaranma səbəbi məhz hüceyrə divarının zədələnməsidir ki, bu isə lipidlərin oksidləşməsi nəticəsində baş verir. Bu prosesi avtomobilin benzin bakının divarının eroziyası nəticəsində deşilməsi kimi təsəvvür etmək olar. Lesitin bölünən və böyüyən hüceyrələrin membranlarının tərkibi olan lipidləri oksidləşmədən qoruyur.

2. Qaraciyərin 65 %-i lesitindən ibarətdir.
Lesitin qaraciyərin viruslardan zədələnmiş hissələrini effektiv şəkildə bərpa edir. Bu maddə alkoqol səbəbindən meydana gələn sirrozun qarşısını alır. Bundan əlavə lesitin konservantların, ətirləndiricilərin və bir sıra kimyəvi maddələrin o cümlədən də dərmanların qaraciyərə vurduğu mənfi təsirlərdən qoruyur.

3. Lesitin sayəsində öd kisəsində və qaraciyər axarlarında daşlar formalaşmır.

Lesitin öd ifrazını stimullaşdıraraq xroniki xolesistitlərin əmələ gəlməsinin önləyir.

Müəyyən olunub ki, lesitin qanın tərkibini normallaşdıraraq orqan və toxumaların qanla təhcizatını asanlaşdırır. Bu maddə damarların quruluşunu qoruyaraq ürək-damar xəstəliklərinin qarşısını alır.

Lesitin maddəsi əsasən yumurta sarısından və soya bitkisindən əldə edilir. Apteklərdə toz şəklində və kapsul halında da satılır.

Toz halında olan lesitin maddəsini gündə bir xörək qaşığı yeməklərlə birlikdə qəbul etmək lazımdır. Qəbul etməyə başladıqdan bir müddət sonra orqanizminizdə böyük dəyişikliklər hiss edəcəksiniz. İlk olaraq həzm sistemi normaya düşəcək, daha sonra isə sinir sisteminə təsir edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.