Maraqlı

Bədəni isidən və sərinlədən parça

19 Fevral 2019 23:15
0 Şərh     Baxış: 1 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlərin yaratdığı yeni parça, bədən istiliyini ideal çərçivədə tutmaq üçün mühit istiliyinə görə özünü nizamlaya biləcək.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, kələm kimi qat-qat geyinməkdən, baharda pencək götürüb əldə daşımaqdan nifrət edənlər, evdən çıxarkən, "hava necə olacaq görəsən?", gərginliyi yaşayanlar üçün alimlər bir həll tapdı. Artıq paltarlar, bədən istiliyi çox artdığında və ya çox düşdüyündə özünü ona görə nizamlaya biləcək.

Science jurnalında, Merilend Universitetinin araşdırmaçılarının hazırladığı parça üstünə bir məqalə nümayiş olundu. Yeni material, parçanın götürdüyü istilik miqdarını nizamlaya biləcək xüsusiyyətə malikdir.

Parçanın iplikləri iki fərqli material istifadə edilərək hazırlanarkən bu materialların ikisi də təbiətdə olan vəsaitlər arasından seçildi. Materiallardan biri rütubəti sovurur, digəri isə uzaqlaşdırır. Metal qablı ipliklər sayəsində parçadan keçən istilik miqdarı idarə edilə bilir.

Parça, tərləyən dəriyə yaxın olduğunda forma dəyişdirərək bədəni sürətlə sərinlədir. Əks vəziyyətdə isə parça, dəridə və üstündə olan rütubəti buxarlaşdıraraq istiləşməni təmin edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.