Maraqlı

Gələcəkdə Wi-Fi ilə telefonların şarj problemi aradan qaldırılacaq

19 Fevral 2019 08:46
0 Şərh     Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şarj problemi yaşamasaq gözəl olmazdımı?

Bir çox insanla yanaşı bu xəbəri oxumağa başlayan hər bir oxucumuzun cavabı sözsüz ki, "Hə" olacaq. Amma təəssüflə bildirməliyik ki, hazırda belə bir şey mümkün deyil. Lakin, yaxın gələcəkdə bu problem aradan qaldırıla bilər.

Milli.Az chip.az-a istinadən bildirir ki, telefonda enerji bitdikdə və atrafda bu enerjini yığma imkanı olmadıqda çətin vəziyyətlərdə qala bilirik. Telefonları naqilsiz enerji ilə təmin edə bilmək sizcə necə fikirdi?

Beləki, Wi-Fi və Bluetooth-un yaydığı radio siqnallar elektromaqnit dalğalarıdır. Yəni onlar bir növ enerji daşıyıcılarıdır. Bu fikrdən yola çıxan Massachusetts Texnologiya İnstitutu (MIT) və Madrid Universitetinin tədqiqatçıları elektromaqnit dalğalarını elektrik enerjisinə çevirmək üçün bir sistem yaratdı.

Qeyd edək ki, layihə enerji dünyasında böyük bir inqilab olmayacaq. Hazırda eyni metodla 40 microwatts enerji ötürülülməsi mümkündür. Lakin bu enerji yalnız bir LED işıqlandırmaya kifayət edir.

Beləki, cihazlara antenaların yerləşdirilməsi ilə elektromaqnit dalğalar elektrik enerjisinə çevrilə və cihazlarda batareya problemi aradan qaldırıla bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.