Maraqlı

Yenilənən Opera brauzerinin xüsusiyyətləri: R3 Reborn

19 Fevral 2019 08:51
0 Şərh     Baxış: 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Opera yeni brauzeri - R3 Reborn kod adı ilə tezliklə istifadəyə veriləcək.

Milli.Az chip.az-a istinadən bildirir ki, Opera digər rəqiblərdən iki mühüm xüsusiyyəti ilə fərqlənir: VPN (Virtual Private Network) xidməti və brauzerlə birlikdə gələn reklam blokeri.  Digər brauzerlər hər yeni gündə daha çox reklam yayımladıqca Opera bunun əksinə reklamlardan bir növ qaçır.

Mobildə hazırlanmış Opera Touch brauzeri ilə bir çox dizayn mükafatı alan və zamanla növbəti səviyyəyə yüksəldiləcəyi gözlənən brauzer Opera 59.0.3 təkcə sürətli skaner olmaqla qalmır, həm də gözəalıcı vizuallıq təqdim edir.

Opera Reborn-un xüsusiyyətləri:

-Yenilənmiş qaranlıq və işıq teması.

-Sağ tərəfdə üstdə yerləşdirilən sürətli parameter seçimi.

-Brauzerinizdən tək bir toxunma ilə ekranı görüntüsü alma imkanı.

-Bütün brauzer üzərində işlənmiş minimalizm.

-Təkmilləşdirilmiş VPN plugin.

-Daha sürətli, daha az narahatlıq.

Bundan əlavə, bütün bu xüsusiyyətləri sınamaq üçün artıq gözləmək lazım deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.