Maraqlı

Əllərin təsvirinin köməyi ilə cinayətkarları yaxalamağa imkan verən texnologiya hazırlanır

18 Fevral 2019 03:30
0 Şərh     Baxış: 1 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Lankaster Universitetinin tədqiqatçıları əllərin təsvirinin köməyi ilə cinayətkarları yaxalamağa imkan verəcək texnologiya üzərində işləyir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlərin iddiasına əsasən, yeni texnologiya tamamilə yeni biometrik imkanlar təqdim edəcək. Damarların təsviri, dəri büküşləri, çapıqlar, tatuirovkalar və piqmentasiyanın kombinasiyası insanın eyniləşdirilməsi üçün əsas biometriya kimi istifadə olunur.

Əvvəllər cinayətkarları ifşa etmək üçün məhkəmədə bu metodlardan uğurla istifadə edilib. Layihə insanın kimliyini hərtərəfli müəyyənləşdirmək üçün "sərt biometriya" (barmaq izləri) ilə "yumşaq biometriya"nı birləşdirəcək. Hazırda müxtəlif sahələri təmsil edən 5 min tədqiqatçı (anatomistlər, antropoloqlar, genetiklər, bioinformatiklər, qrafik mütəxəssislər və informasiya texnologiyaları mütəxəssisləri) birgə açıq mənbə kodlu proqramın yaradılması üzərində işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.