Maraqlı

Səmada üç Günəş parıldadı - VİDEO

18 Fevral 2019 06:30
1 Şərh     Baxış: 2 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən səhər saatlarında Yamal yarımadasında üç Günəş parıldayıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Qərbi Sibirin şimalında yerləşən yarımada sakinləri belə təbiət hadisəsini bir neçə dəfə müşahidə ediblər.

Bununla belə, sözügedən təbiət hadisəsi insanların diqqətini cəlb edir. Hadisə yerli sakinlər tərəfindən lentə alınıb. 

Alimlərin fikrinə görə buna bir neçə faktor səbəb olur:  yer səthindən 5-10 km hündürlükdə yerləşən lələkli buludlarda buz kristallarının mövcudluğudur.
Bundan başqa günəş tərəfindən xüsusi şüalanmadır. Bir qayda olaraq, daha parlaq effektlər Günəşin sağ və sol hissəsində müşahidə olunur və üç Günəş effekti verir. Bəzən isə bu effekt daha çox olur və səmaya baxan insan 5, 7 Günəş görə bilər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Səmada üç Günəş parıldadı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.