Maraqlı

“Fəst-fud”dan müntəzəm istifadə hansı PROBLEMLƏRƏ YOL AÇIR?

16 Fevral 2019 23:35
0 Şərh     Baxış: 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Siz çox güman ki, "fəst-fud"un insan sağlamlığına zərəri barədə eşitmisiniz. Lakin "fəst-fud"dan istifadə məhz hansı problemləri yarada bilir? Gəlin problemləri çeşidləyək.

İkinci tip şəkərli diabet

Milli.Az gencaile.az-a istinadən bildirir ki, ikinci tip şəkərli diabetin inkişaf riski faktorlarından biri - piylənmədir. Piylənmənin inkişafının əsas səbəblərindən biri isə yanlış qidalanmadır. "Fəst-fud" tez-tez təklif edilən istifadəsi zərərli, qeyri-sağlam qida hesab olunur. Maraqlıdır ki, "fəst-fud" piylənmənin mövcudluğundan asılı olmayaraq, diabetin inkişafı üçün riskdir: Bir çox tədqiqatlara əsasən, yağlı yeməklərdən istifadə, kalorili ərzaqlar orqanizmin insulinə həssaslığını azaldır.

Ürək-damar xəstəlikləri

"Fəst-fud"da böyük ölçülü doymuş və trans yağlar cəmlənib ki, triqlesidlərin və qanda "pis" adlanan xolesterinin səviyyəsini artırır. Bu maddələr damarlara zərər verir, xroniki iltihaba və ürək-damar xəstəliyinə səbəb olur.

Qaraciyər xəstəlikləri

Müntəzəm "fəst-fud" qəbulu qaraciyər üçün zərərlidir. Onun zərəri spirtli içkilərin qaraciyərə vurduğu zərərə bərabərdir. Tədqiqatlar göstərir ki, bir neçə həftədən sonra idmanla məşğul olmayan "fəst-fud" sevərlər qaraciyər fermentlərində dəyişikliklərlə üzləşirlər. Belə dəyişikliyə spirtli içkilərdən istifadə də səbəb olur.

Depressiya

Yeniyetmə yaşlarında müşahidə olunan hormonal dəyişikliklər tez-tez depressiv pozulmalara səbəb olur. "Fəst-fud"un təsiri altında bu pozulmalar, qəfil əhval-ruhiyyə və davranış dəyişikliyi artır. Sağlam qidalanma hormonal balansın möhkəmlənməsində çox vacib rol oynayır, yağlı və un məhsullarının tərkibində vacib nutrientləri olmadığından isə, yeniyetmələr arasında depressiya riskini artır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.