Maraqlı

Hamilələrin nəzərinə: mədəniz yanırsa, bunları edin

17 Fevral 2019 20:05
0 Şərh     Baxış: 1 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hamiləlikdə yaşanan mədə yanması (reflüks) şikayətlərinin əsas səbəbi bu müddətdə qadın orqanizmində baş verən hormonal dəyişikliklərdir. Hamiləlikdə artan və əsas funksiyası uşaqlıqda olan düz əzələləri boşaltmaq olan progesteron hormonu, eyni zamanda mədə ilə yemək borusu arasındakı qapaqcığın da boşalmasına səbəb olur. Bunun nəticəsində mədə turşusu yuxarı, qida borusuna qayıdaraq yanmaya səbəb olur. Ailem.az hamiləlikdə mədə yanması haqqında bilmədiyiniz faktları təqdim edir.

Milli.Az saglamheyat.com-a istinadən bildirir ki, hamiləliyin ilk dövrlərində progesteron hormonu yüksəlməyə başladığı üçün reflüks şikayətlərinə ilk aylarda da rast gəlmək mümkündür. Ancaq körpənin uşaqlıqla birlikdə böyüyərək daxili orqanlara təzyiq etməyə başladığı son aylarda (20-ci həftədən sonra) mədə də sıxışdığında görə reflüks problemi ilə daha tez-tez qarşılaşmaq olar.

Hamiləlikdə tez-tez mədə yanmasından şikayət edirsinizsə, əvvəlcə qidalanmanızı nəzərdən keçirilməlisiniz. Gündə 2-3 pay yeməkdənsə tez-tez aralarla və kiçik paylarla yemək həm mədə yanması riskinin qarşısını alır, həm də hamiləliklə bağlı digər şikayətləri azaldır. Eyni zamanda yemək yeyərkən də yavaş və yaxşı çeynəyərək yeməyə çalışın.

Hamiləlikdə mədə yanmasına səbəb olan qidalar:

- Qəhvə

- Şokolad

- Turş içkilər

- Limon, sirkə, xardal kimi turşulu qidalar və çox turşulu meyvələr

- Kolbasa və sosiska kimi işlənmiş ətlər

- Çox ədviyyatlı yeməklər

- Çox yağlı yeməklər və qızartmalar

Bununla yanaşı, dar paltarlar geyinmək də mədənin sıxılmasına səbəb olur. Yatarkən yüksək yastıq istifadə etsəniz, mədənizdəki mayenin yuxarı çıxmasına mane olaraq rahat yata bilərsiniz.

Hamiləlikdə mədə yanması üçün dərman istifadə etmək olar?

Əgər yediklərinizə diqqət etməyinizə baxmayaraq, mədə yanması şikayətiniz keçmirsə, mədə yanmasıyla yanaşı öskürək, sinə ağrısı da yaşayırsınızsa, ilk növbədə həkimə müraciət edin. Antiasit dərmanlar istifadə etmək hamiləlik dövründə təhlükəsizdir. Ancaq əgər qandakı dəmir çatışmazlığına qarşı dərman içirsinizsə, onu antiasit içdikdən iki saat əvvəl və ya sonra qəbul edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.