Maraqlı

Hitlerin yəhudi əsgərləri

17 Fevral 2019 23:25
2 Şərh     Baxış: 2 382
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hitler Almaniyasında nasist ideologiyasından və yəhudilərə qarşı irqçi münasibətindən yəqin ki, xəbəri olmayan yoxdur. Bəs bilirdinizmi həmin bu nasisit ordusunda yəhudi əsgərlər də olub. Özü də nə az, nə çox: 150 min. Bunlardan bəziləri isə xidmətdə göstərdikləri nailiyyətlərinə görə yüksək rütbə qazanmışdı.

Milli.Az faktxeber.com-a istinadən həmin yəhudi əsgərlər barədə araşdırma aparan və  2002-ci ildə "Hitlerin yəhudi əsgərləri" adlı kitab yazan Amerika Hərbi Universitetinin müəllimi, tarix professoru Brayan Riqqin tədqiqatlarından bəzi məlumatları çatdıracağıq.

Müəllif kitabı yazmaq üçün böyük işlər görüb: 1994-cü ildə material toplamağa başlayıb, İsveçə, Türkiyəyə, İsrailə, Kanadaya səfərlər edib.

Almaniya ordusunda yəhudi əsgərlərin mövzusu Braynı ona görə maraqlandırıb ki, onun babalarından biri  Auşviçdə öldürülüb, digəri isə əksinə Vermaxta xidmət edirmiş. Bu səbəbdən Brayn sözügedən məsələni araşdırmaq qərarına gəlib.

Hər şey Braynın Kembricdə təhsil almaq üçün təqaüd qazanmasından və yay tətili zamanı Almaniyaya səfər etməsindən başlayır. O, ana tərəfdən alman olduğu üçün tarixi vətənini görməyə yolanır. Orda isə öyrənir ki, böyük nənəsi Leytsiqdə yaşayır  və onun qohumları Almaniya ordusu ilə əlaqəsi olan yəhudilərdir. Bundan sonra Brayn öz nəsli barədə araşdırma aparmaq qərarına gəlir. O, bir illik məzuniyyət götürür və Almaniyaya gedir, Vermaxtın yəhudi veteranlarını taparaq, onlarla söhbət edir: Keçmiş hərbçilərin bəziləri ilk dəfə olaraq Riqqə öz keçmişlərini danışır. Bəzi hallarda  hətta veteranların ailələrinin belə ailə başçısının keçmişi barədə məlumatlı olmadığı ortaya çıxır.

Riqqin sözlərinə görə, Vermaxtda 150 min yəhudi xidmət edib. Onlar da öz növbəsində bir neçə qrupa bölünürdülər:

- ata və anası yəhudi olanlar - 60 min

- nənə və babası yəhudi olanlar -90 min

"Əynində mundir olan hər kəs nasist deyildi və bütün yəhudilər izlənmirdi", - deyə tarixçi iddia edir.

Əsgərlər arasında Auşvisdə qohumlarını itirənlər də çox olub. Yəhudi əsgərlərə vəd verilmişdi ki, Hitlerə sədaqətli olacaqları təqdirdə, onların ailələrinə toxunulmayacaq...

1994-cü ilin yanvar ayında  Almaniya Kadrlar Xidməti  məşhur "77-lər siyahısı" hazırlayır. Sənədə yəhudilərlə qarışığı olan yüksək vəzifəli şəxslər daxil edilir. Bu 77 nəfər Hitlerin razılığını qazanmışdı, o həmin yəhudiləri "alman qanı olan almanlar" adlandırırdı.

Brayn əlavə edib ki, siyahıda daha 60 ad olmalı idi. Riqt buna görə feldmarşal  Erxar Milxin sənədini də təqdim edir: Herinq və Hitler qərara alıblar ki, Milh ana xətti ilə kiminsə dayısıdır, buna görə, təmiz almandır.

1933-cü ildə nasizm rəsmi ideologiyaya çevrilir, 35-ci ildə isə yəhudilərə qarşı daha sərt qanunlar tətbiq edilir. 1935-ci ildə iki irqi kateqoriya yaradılır: yarı yəhudilər (valideynlərindən biri yəhudi) və ¼ yəhudi (nənə-babaları  yəhudi olanlar). Belə insanlar nasist Almaniyasında  mişlinq adlandırılırdı. Çünki onlarda "nəcib alman qanı" axsa da, yəhudi əsilli idilər. Praktikada mişlinqlər yəhudilər kimi heç bir hüquqa malik olmurdular. Onları hətta kilsədən ayırırdılar.

Lakin mişlinqlərin çoxu  özlərini yəhudi saymırdılar: özlərini alman kimi hiss edir, almanca danışır, alman məktəbində təhsil alırdılar. Onlar üçün vacib olan şey Almaniyaya və hakim ideollogiyaya loyal  münasibətlərini göstərmək idi. Bu səbəbdən onlar Hitler  ordusuna xidmət etməyə yollandılar. Almanların yanında "təmiz" qanlarını göstərmək üçün cəsarətlə döyüşür və mükafat olaraq  Dəmir Xaç qazanırdılar.

Əlbəttə, onlar Auşvisdə və digər konslagerlərdə nələr baş verdiyi bilirdilər: orda doğmaları həlak olurdu və mişlinqlər  öz qohumlarına kömək etmək istəyi ilə yenidən alman cəmiyyətinə qarışmaq arasında qalmışdılar.

Onlar seçimlərini edirlər və hərbi karyera pilləsində sürətlə yüksəlməyə başlayırlar. Lakin Hitler ali hərbi rəhbərlikdə yəhudilərin olmasına imkan verə bilməzdi. Hər bir hal şəxsən onun özü tərəfindən baxılır  və nasist ideologiyası üçün mişlinqlərin milləti Erzard Milxdə olduğu kimi yenidən "təyin olunurdu".

Beləliklə də, adı "77-lər siyahısı"nda olmayan yəhudilər də kifayət qədər idi.

Brayn Riqqin sözlərinə görə, Vermaxt veteranları Hitlerin ordusunda xidmət etdiklərinə görə özlərini günahkar hesab etmirdilər, onlar sadəcə qohumlarını xilas edə bilmədikləri üçün narahat idilər.

Qeyd edək ki, Herinq və Hitler müharibədən sonra mişlinqləri məhv etməyi planlaşdırırmış.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.