Maraqlı

LinkedIn-də canlı yayım funksiyası istifadəyə verilib

16 Fevral 2019 07:01
0 Şərh     Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"LinkedIn" sosial şəbəkəsində videonu seçilmiş qruplar və ya bütün şəbəkə auditoriyası üçün real vaxt rejimində translyasiya etməyə imkan verən yeni onlayn yayım servisi istifadəyə verilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda "LinkedIn Live" adlı beta versiyadan dəvət əsasında yalnız ABŞ istifadəçiləri yararlana bilərlər. Yaxın həftələr ərzində aksiyada iştirak etmək arzusunda olanlar üçün kontakt formasının dərc ediləcəyi gözlənilir. Sosial şəbəkə tərəfindən "LinkedIn Live" servisində bütün istifadəçilər üçün video yaratmaq imkanının nə vaxt mümkün olacağı, hələ ki, məlum deyil.  

Şirkət nümayəndələrinin sözlərinə görə, birbaşa translyasiyalar bu gün bütün sosial şəbəkələr üçün ən tələb olunan funksiyadır.

"LinkedIn Live" servisinin texniki tərəfdaşı qismində çıxış edən "Microsoft" korporasiyası "Azure Media Services" platformasının bütün imkanlarından istifadəni təklif edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.