Maraqlı

"Sıfır gün" boşluğu çözüldü

16 Fevral 2019 07:51
0 Şərh     Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" öz proqram məhsulları ("Microsoft Windows", "Office", "IE", "Edge", ".Net Framework", "Exchange Server", "Visual Studio", "Team Foundation Server" və "Asure IoT SDK Dynamics") üçün aylıq təhlükəsizlik yeniləmələri çıxarıb. Ümumilikdə 71 boşluq aradan qaldırılıb, onlardan 20-si kritik, 49-u təhlükəli və 4-ü orta təhlükəli kimi qeyd edilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, bundan başqa, şirkət "Internet Explorer" brauzerində "sıfır gün" (CVE - 2019-0676-da) boşluğunu aradan qaldırıb. Boşluqdan istifadə etmək üçün haker qurbanı zərərverici sayta daxil olmağa inandırmalı idi. Hücum edən tərəfin sistemdə avtorizasiyası hücumun həyata keçirilməsi üçün məcburi şərtdir.
 
Xatırladaq ki, bu yaxınlarda "Microsoft" şirkəti istifadəçiləri "Internet Explorer" brauzerinin istifadəsindən imtina etməyə səsləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.