Maraqlı

OnePlus ilk 5G smartfonunu sərgiləyəcək

16 Fevral 2019 08:21
0 Şərh     Baxış: 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

OnePlus şirkəti MWC 2019 sərgisi çərçivəsində özünün ilk 5G şəbəkə dəstəkli smartfon modelini sərgiləyəcək. Bu barədə XDA-Developers saytı xəbər verib. Məlumata əsasən bu, 5G şəbəkə dəstəkli oyun smartfonunun prototipi olacaq. Onun işini şirkətin stendində test etmək mümkün olacaq. Smartfon barəsində əlavə məlumatlar olmasa da onun barəsində bəzi şeylər məlumdur.

Milli.Az technote.az-a istinadən bildirir ki, OnePlus 5G smartfonu dəqiq olaraq genişformatlı ekran və Snapdragon X50 5G modeminə sahib Snapdragon 855 prosessoru ilə təchiz olunacaq. Smartfonun final versiyası OnePlus 6T modelindən 200-300$ baha qiymətə satılacaq. Smartfonun tam təqdimatı isə bu ilin may ayında İngiltərənin EE adlı mobil operatorunun iştirakı ilə baş tutacaq. Belə ki, bu mobil operator ilk olaraq İngiltərənin 16 şəhərində 5G şəbəkəsini istifadəyə verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.