Maraqlı

MIUI 11 alaca Xiaomi-lər - SİYAHI

16 Fevral 2019 08:15
0 Şərh     Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə müddət bundan öncə biz xəbər vermişdik ki, Xiaomi şirkətinin tərtibatçıları artıq MIUI 11 interfeysinin hazırlanmasına start veriblər. İndi isə internetdə bu interfeysi hansı Xiaomi smartfonlarının əldə edəcəkləri barəsində siyahı ortaya çıxıb. Bu barədə Mydrivers saytı xəbər verib.

Milli.Az technote.az-a istinadən bildirir ki, təbii ki, bu hələki təsdiq edilməmiş siyahıdır. Beləliklə siyahıya əsasən MIUI 11 interfeysini əldə edəcək Mi seriyası smartfonları: Xiaomi Mi9, Mi Mix 3, Mi8, Mi8 SE, Mi8 Lite, Mi8 EE, Mi Mix 2S, Mi Mix 2, Mi Mix, Mi 6X, Mi6, Mi Note 2, Mi Note 3, Mi 5X, Mi 5c, Mi 5s, Mi 5s Plus, Mi Max 2, Mi Max, Mi Max 3 və Mi Play.

MIUI 11 interfeysini əldə edəcək Redmi seriyası smartfonları: Xiaomi Redmi Note 7 Pro, Redmi Note 7, Redmi S2, Redmi Note 5, Redmi Note 5 Pro, Redmi 6, Redmi 6A, Redmi 6 Pro, Redmi 5, Redmi 5A, Redmi 5 Plus, Redmi 4, Redmi 4A, Redmi 4X, Redmi 3S, Redmi 3X, Redmi Note 5A, Redmi Note 4, Redmi Note 4X, Redmi Note 6 və Redmi Note 6 Pro. Məlumata əsasən yeni MIUI 11 interfeysinin xarici görünüşü MIUI 10-dan o qədər də fərqlənməyəcək. Xiaomi tərtibatçıları artıq varolan interfeysin təkmilləşdirilməsi ilə məşğul olacaqlar. Çox güman ki, yeni interfeys əyilə bilən smartfonlar üçün optimizasiya ediləcək. MIUI 11-in çıxış tarixi barəsində dəqiq bir məlumat yoxdur. Lakin çox güman ki, onu MIUI 10 kimi yaz fəslinin sonunda anons edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.