Maraqlı

Oyun yaddan çıxdı, hamı ona baxdı - FOTO

14 Fevral 2019 12:05
1 Şərh     Baxış: 4 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı model Kendall Cenner işlərinin çoxluğuna rəğmən basketbolçu sevgilisi Ben Simmonsun çıxış etdiyi "Philadelphia 76ers"in NBA matçlarını izləməyə vaxt tapır.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Kim Kardaşyanın balaca bacısı son bir həftədə qarşılaşmalara yollanmaq üçün iki dəfə özəl helikopter icarəyə götürüb. Hər iki oyunda salonun diqqətini üzərinə çəkən Kendall oyunun ulduzuna çevirilib.

O, son olaraq "Philadelphia 76ers"in "Los Angeles Lakers"lə oyunun izləmək üçün helikopter icarəyə götürərək Nyu Yorkdan Filadelfiyaya uçub. 

Qeyd edək ki, Kardaşyan ailəsi daim NBA-nın maqazin gündəmndə olub. Kendallın bacılarından Kim Kardaşyan bir müddət NBA-da forma geyinən ris Humprieslə qısa müddət evli olub. Onun digər böyük bacısı Kloe Kardaşyan da NBA ulduzlarından Lamar Odomla evli olub. Boşandıqdan sonra Tristan Tompsonla görüşüb.

Kendallın özünün isə NBA-dan ilk sevgilisi Çandler Parsons olub. O, daha sonra başqa bir basketbolçu - Blak Qriffinlə sevgi münasibəti yaşayıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.