Maraqlı

Cəhənnəmdən də pis yer: ən qəddar narkobaron çeçen terrorçu ilə bir yerdə - FOTO

14 Fevral 2019 11:06
0 Şərh     Baxış: 2 570

Dünyanın ən məşhur, nüfuzlu və qəddar narkobaronlarından biri kimi tanınan Xoakin Qusman Loeranın cəza çəkəcəyi həbsxana bəlli olub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "El Çapo" kimi tanınan narkobaron ABŞ-ın Kolorado ştatındakı "Supermax" həbsxanasında saxlanacaq.

Birləşmiş Ştatların ən ciddi mühafizə olunan, sərt rejimli həbsxanalarından birində "El Çapo" kimi məhbuslar sutkanın 23 saatını kamerada keçirirlər.

Həddən artıq ciddi mühafizə edilən həbsxanadakı kameralarda çarpayı, masa və kətil də betondandır.

İndiyədək iki dəfə həbsxanadan qaçmağı bacarmış "El Çapo" çətin ki, bu cəzaçəkmə müəssisəsindən qurtula bilsin.

"Yeni Alkatras" kimi tanınan bu həbsxana "Administrative Maximum Facility" (ADX) kateqoriyalıdır və Kolorado ştatındakı Florens şəhərinin yaxınlığındadır.

Təsadüfi deyil ki, Nyu-York ştatının prokuroru Riçard Donahyu "El Çapo"nun məhkəməsində demişdi: "Onun cəza çəkməyə göndərildiyi həbsxanadan çıxış yoxdur".

"Supermax" həbsxanasında cəza çəkən məhbuslar arasında Londonda "nifrət imamı" kimi tanımış Əbu Həbsə, britaniyalı terrorçu Riçar Reyd və Boston marafonunda məşum terror aktı törətmiş çeçen Cövhər Sarnayaev də var.

1994-cü ildə istifadəyə verilmiş "Supermax" həbsxanasından indiyədək heç bir məhbus qaça bilməyib.

ADX-in sabiq rəisi Robert Hud "Supermax" həbsxanasını belə dəyərləndirib: "Fikrimcə, bu həbsxana ölümdən də pis yerdir".

Ekspertlər "Supermax"ı "həbsxanaların həbsxanası", "Quantanamodan da pis, cəhənnəm bir yer" sayırlar.

Xatırladaq ki, dünyanın ən qəddar, zəngin və məşhur narkobaronlarından olan Xoakin Qusman Loeranın məhkəmə prosesinin əsas mərhələsi başa çatıb.

"El Çapo" ("Tösmərək") ləqəbi ilə tanınan 61 yaşlı meksikalı narkobaron "Sinaloa" narkokartelinin banisi və rəhbəri idi.

Nyu-York məhkəməsində andlılar kollegiyası 50-dən artıq şahidin ifadələrini dinləyəndən və sənədlərlə tanış olandan sonra hökm veriblər.

O, narkoticarətdə və cinayətkar sövdələşmələrdə suçlanıb.

İstintaq zamanı sübut olunub ki, "El Çapo"nun rəhbərliyi ilə "Sinaloa" narkokarteli Meksika-ABŞ sərhədindəki yeraltı tunellər vasitəsilə ABŞ ərazisinə narkotik maddələr keçirib. Eyni zamanda, narkotik maddələr yanacaq daşıyan avtomobillərdə də keçirilib.

İllər uzunu dünyada ən çox axtarılan cinayətkarlardan olmuş "El Çapo"nun narkokarteli Meksikadan ABŞ-a olan narkotrafikin 25 faizinə nəzarət edirdi. O, 25 il ərzində ABŞ-a 155 ton kokain, matmfyetamin və marixuana keçirib.

"El Çapo" Meksikadakı həbsxanalardan iki dəfə qaçıb. 1993-cü ildə həbs olunaraq 20 il müddətinə azadlıqdan məhrum edilmiş narkobaron 2001-ci ildə camaşır zənbilində gizlənərək həbsxanadan qaçmışdı.

2014-cü ilin fevralında o tutulmuşdu. 2015-ci ilin iyul ayında isə o, yeraltı tunel vasitəsilə həbsxanadan qaçmışdı.

Qusman 2016-cı ilin yanvarında yenə tutulmuş, ABŞ-a ekstradisiya olunmuşdu.

Nyu-Yorkun Bruklin səmtindəki federal məhkəmənin qərarı ilə "El Çapo" ona qarşı irəli sürülmüş 10 ittiamın hamısında təqsirli bilinib. Son qərar iyunun 25-də veriləcək. Narkobaronu ömürlük həbs gözləyir.

Narkobaronun xanımı, 29 yaşlı sabiq "Miss Meksika" Emma Koronel Aispuro məhkəmənin qərarını təbəssümlə qarşılayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.