Maraqlı

Lotereyada on milyon funt-sterlinq udmuş insan dilənçi vəziyyətinə düşüb

13 Fevral 2019 22:08
2 Şərh     Baxış: 1 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2002-ci ildə lotereyada on milyon funt-sterlinq udmuş Böyük Britaniya sakini Maykl Kerroll 10 ildə bütün pulu xərcləyək dilənçi vəziyyətinə düşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Britaniyanın "The Sun" nəşrinin yaydığı məlumata görə, Maykl udduğu pulu alandan sonra böyük imarətdə daim hay-küylü məclislər qurub. "Mənim on milyonum on ilə əriyib yox oldu. Mənim artıq nə evim var, nə də maşınım. Lakin mən kədərlənmirəm. Yüngül qazanc yüngül də xərclənər", - deyə o bildirib.

Hazırda Kerroll çörək pulunu ağır zəhmətlə qazanır: odun yarır və kömür kisələri daşıyır. Dediyinə görə, bundan əsl zövq alır: "Həyat puldan ibarət deyil. Qəribə səslənsə də, mən işə döndüyüm vaxt xoşbəxt olduğum qədər heç zaman xoşbəxt olmamışam".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.