Maraqlı

Onu Rihanna ilə səhv salanlar da var - FOTO

13 Fevral 2019 11:07
0 Şərh     Baxış: 1 056

Müğənni Rihannanın daha bir oxşarı peyda olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, söhbət fransalı futbolçu İnna Sertalfdan gedir. 23 yaşlı idmançının fotolarını sosial şəbəkələrdə görənlər onun Rihannaya əkizi qədər bənzədiyini qeyd ediblər.

İnna bildirib ki, ilk dəfə onun məşhur ifaçıya bənzəməsini 15-16 yaşı olanda dayısı deyib. Sertalfın sözlərinə görə, bu oxşarlıq ona bəzi hallarda xoş gəlsə də, amma çox vaxt sərbəst hərəkət etməyinə mane olur.

Qeyd edək ki, futbolçudan öncə 23 yaşlı hindli model Rene Kudjur Rihannanın oxşarı kimi tanınıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.