Maraqlı

Dünyanın ən sürətli 7 yaşlı oğlanı rekord vurdu - VİDEO - FOTO

13 Fevral 2019 16:22
0 Şərh     Baxış: 2 444

"Blaze" ("Alov") ləqəbi ilə məşhur olan amerikalı Rudolf İnqremin 7 yaşı var. O, 100 metr məsafəni 13,48 saniyədə qət edib. 60 metr məsafədə də Rudolf rekord vuraraq 8,69 saniyəlik nəticəyət nail olub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, balaca Rudolfu mütəxəssislər dünyanın ən sürətli 7 yaşlı oğlanı hesab edirlər.

ABŞ-ın Florida ştatında yaşayan Rudolf Həvəskar Atletika İttifaqının (Amateur Athletic Union, AAU) üçqat çempionu, Amerika Futbol Liqasının (NFL) gənc ulduzudur.

Onun 4 yaşlı qardaşı da futbol və yüngül atletika ilə məşğul olmağa başlayıb.

100 metr məsafəyə qaçışda dünya rekordu yamaykalı atlet Useyn Bolta məxsusdur. 2009-cu ildə Berlində o, 100 metrlik sprinti 9,58 saniyəyə qaçıb. Bu isə 44,72 km/saat sürət deməkdir.

Balaca Rudolfun məşqçisi atasıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dünyanın ən sürətli 7 yaşlı oğlanı rekord vurdu

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.