Maraqlı

10 milyard dollar vergi ödədi - FOTO

13 Fevral 2019 10:40
2 Şərh     Baxış: 1 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"10 milyard dollar məbləğində vergi ödəmişəm. Lakin verginin məbləği daha çox olmalıdır. Çox az vergi verirəm. Belə varlı olmamalıyam"

Dünyanın ən zəngin iş adamlarından biri, ABŞ-ın "Microsoft" korporasiyasının banisi və sahibi Bill Geyts belə deyib.

Milli.Az Daily Mail-ə istinadən bidirir ki, 63 yaşlı B.Geytsin sözlərinə görə, dünyanın digər ən zəgin adamları və milyarderlər də daha çox vergi verməlidir.

Üç övlad atası olan Bill Geyts "Migrosoft" korporasiyasını 1975-ci ildə qurub.

2008-ci ildə korporasiyanın bilavasitə rəhbərliyindən geri çəkilən Bill Geyts varidatının əksəriyyətini övladlarına yox, xeyriyyə fondlarına vəsiyyət edib.

O, 54 yaşlı xanımı Melinda Geyts ilə birlikdə "Bill & Melinda Gates Foundation" xeyriyyə fondunu yaradıb. Fond yoxsul ölkələrdə kasıblıq və xəstəliklərlə mübarizə aparır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.