Maraqlı

60 yaşlı Şeyxa Mozanın heyranedici obrazı – FOTO

12 Fevral 2019 22:02
0 Şərh     Baxış: 1 123

Qətərin keçmiş əmirinin ikinci həyat yoldaşı, 60 yaşlı Şeyxa Moza növbəti çıxışı ilə diqqətləri öz üzərinə çəkib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, stil ikonası kimi tanınan Şeyxa Mozanın dəstləri əsl şərq qadınının obrazından fərqlənir. Ənənəvi geyimlər əvəzinə o, öz üzərində kuturye dəstlərini nümayiş etdirir və dövlət işləri ilə fəal məşğul olur. Onun qarderobunda xüsusilə qapalı fasonlara üstünlük verən modelyer Ulyana Sergeyenkonun libasları çoxluq təşkil edir.

Bir neçə gün əvvəl Karneqi-Mellon universitetinin prezidenti və himayədarlar şurası üzvlərinin Qətərə səfəri şərəfinə təntənəli nahar təşkil edilib. Tədbirdə ətəyi lələklərlə və naxışlarla işlənmiş boz paltarda gələn Şeyxa Moza obrazını qızılı akessuarlarla tamamlayaraq mükəmməl dəst yaradıb. Paltarın çiyinlərindən arxaya doğru uzanan orijinal şleyf xüsusilə diqqət cəlb edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.