Maraqlı

Hər şey gözəllik naminə: Dünyanın ən yaxşı donu Bakıda seçildi

12 Fevral 2019 19:34
0 Şərh     Baxış: 1 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən həftəsonu Bakıda daha bir maraqlı beynəlxalq çempionat keçirilib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verib ki, dünya modelyerləri "Dress of the World" (Dünya donu) titulu üzərində yarış-dəfilədə mübarizə aparıblar.

Təqdim edilən donların çoxu əl işi olub. Bəzilərinin ərsəyə gətirilməsinə aylar, yuxusuz gecələr sərf edilib. Amma dizaynerlərin işi hədər getməyib.

Çünki ortaya qoyulan dəfilə olduqca rəngarəng və yaddaqalan alınıb.

"Dress of the World" nominasiyasının qalibi isə rumıniyalı modelyer Larisa Ana İvan olub.

Defilenin ikinci hissəsi toy obrazlarına həsr edilib. Bəzi iştirakçılar öz milli geyimlərini nümayiş etdirib, bəziləri isə, tamamilə, qeyri-ənənəvi gəlin obrazı yaratmağa çalışıblar. Münsiflər heyətinin fikrincə, bu işin öhdəsindən ən yaxşı Moldova komandası gəlib.

Qeyd edək ki, Çempionatın təşkilatçısı Dünya Gözəllik Konqresi (World Beauty Congress) olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.