Maraqlı

Internet Explorer-dən istifadə etməyin

14 Fevral 2019 07:41
0 Şərh     Baxış: 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" şirkəti "Windows 10" əməliyyat sistemi üçün "Edge" adlı müasir brauzer təqdim etməklə "Internet Explorer" brendinin sonunu gətirib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Microsoft" şirkətində "Windows" bölməsinin kibertəhlükəsizlik üzrə eksperti çalışan Kris Cekson bu yaxınlarda "Internet Explorer brauzerindən istifadə riskləri" adlı məqalə dərc edib. O, məqalədə "Internet Explorer" brauzerindən istifadəni dayandırmağı xahiş edir.
 
Əksər istifadəçilər "Chrome", "Firefox" və ya "Edge" brauzerinə keçdikləri halda, biznes istifadəçilərin bəziləri indiyədək "Internet Explorer"dən istifadə edirlər. "Microsoft" korporativ istifadəçiləri köhnə proqramları təkmilləşdirməyə vadar etmək üçün ən müxtəlif üsullara əl atıb, lakin İT administratorları heç nəyi dəyişdirməmək və "Internet Explorer" brauzerini saxlamağa üstünlük verirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.