Maraqlı

Toshiba çox sürətli yaddaş təqdim edib

14 Fevral 2019 07:51
0 Şərh     Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Toshiba" şirkəti smartfon, planşet, virtual və ya əlavə edilmiş reallıq qurğuları üçün "Universal Flash Storage" (UFS) 3.0 interfeysinə malik dünyada ilk fləş yaddaş təqdim edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni modullarda ən müasir 96 qatlı "BiCS Flash" (3D NAND) istifadə olunur. Modulların tutumu 128 QB təşkil edir, daha sonra 256 və 512 QB-lıq modullar çıxarılacaq. İstehsalçı bildirib ki, sözügedən fləş yaddaş modulları aşağı enerji sərfiyyatı, yüksək məlumat oxuma və yazma sürəti ilə səciyyələnir.
 
Modulların ölçüsü 11,5x13 mm-dir. Kontroller səhvlərin düzəlişini, məlumat massivlərinin bərabərləşdirilməsini, məntiqi ünvanların fiziki ünvanlara translyasiyasını, həmçinin nasaz blokların idarə edilməsini dəstəkləyir. Bu imkanların mövcudluğu yeni qurğuların hazırlanmasını xeyli sadələşdirir.
 
İnterfeysin işləmə sürəti nəzəri cəhətdən bir xətt üçün 11,6 Qbit/san, iki xətt üçün isə 23,2 Qbit/s təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.