Maraqlı

iOS 12.1.4 iPhone-larda problemlər yaradıb

14 Fevral 2019 08:01
0 Şərh     Baxış: 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"iOS 12.1.4" mobil platformasının yeni buraxılışı dünyanın müxtəlif ölkələrində əksər "iPhone" smartfonlarının iş qabiliyyətinin qismən itirilməsinə səbəb olub. Qurğu sahibləri sosial şəbəkələrdə problemlərdən şikayət edirlər.   

Milli.Az ICTnews-a istinadən bildirir ki, yenilənmədən sonra əməliyyat sisteminin işində nasazlıqlarla "iPad" planşetlərinin istifadəçiləri də üzləşiblər. Hər iki halda istifadəçilər "Wi-Fi" və ya mobil rabitə şəbəkələri ilə məlumatların çox zəif sürətlə ötürülməsindən narazılıq edirlər.  

Digər "iOS" istifadəçilərinin sözlərinə görə, əməliyyat sisteminin yeni versiyası quraşdırıldıqdan sonra smartfonlar onlara quraşdırılmış SİM kartları görməməyə başlayırlar. Bununla yanaşı, istifadəçilərin bir qismində məlumatların ötürülməsi ilə bağlı problemlər "iOS 12.1" versiyasında da mövcud olub, lakin nasazlıq növbəti yenilənmə quraşdırıldıqdan sonra aradan qaldırılsa da, növbəti yenilənmənin gəlişindən sonra yenidən yaranıb.

Qeyd etmək lazımdır ki, əksər "Apple" istifadəçiləri qurğulardan istifadədə çətinliklərlə üzləşməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.