Maraqlı

Google Pixel 4-də özəllik reallaşa bilər

14 Fevral 2019 08:51
0 Şərh     Baxış: 389

Google Pixel smartfon modellərinin istifadəçiləri artıq uzun zamandır ki, şirkətdən sözügedən smartfon seriyasında iki SIM kart dəstəyini tələb edirlər. Görünür, yeni nəsil Pixel smartfonlarında bu özəllik olacaq. Pixel 4 smartfon modelində Dual SIM kart girişinin olacağı məlumatı Android Open Source Project-in kodunda aşkar edilib. Bu barədə XDA-Developers saytı xəbər verib.

Milli.Az technote.az-a istinadən bildirir ki, Pixel modelləri adi SIM kartı və bəzi mobil operatorların eSIM virtual SIM kartlarını dəstəkləyirlər. Lakin onların hər ikisini birdən istifadə etmək olmur. Nəticədə istifadəçi ikisi arasında seçim etməli olur. Görünür, Google da Apple şirkəti kimi öz smartfon modellərndə Dual SIM özəlliyini reallaşdıracaq.

Çox güman ki, yeni Pixel modellərində hər iki SIM kartı da aktiv etmək mümkün olacaq. Lakin aktiv istifadə üçün yalnız bir SIM kartı seçmək mümkün olacaq. Yeni Pixel modelləri barəsində heç bir digər məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, yeni smartfonlar Snapdragon 855 prosessoru və yeni Android Q əməliyyat sistemi ilə təchiz olunacaqlar. Yeni Pixel modellərinin təqdimatını bu ilin payız fəsli üçün gözləmək lazımdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.